--%> İrəvan
Ana səhifə->Xəbərlər

15.09.2018, 13:05

Oxunma sayı: 0 + -

İlham Əliyev: “Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır”

"Ölkəmiz ordu quruculuğu sahəsində də böyük uğurlar əldə edib. Bu gün Azərbaycan Ordusu beynəlxalq reytinqlərə görə dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Bizim hərbi potensialımız artır. Bizim güclü ordumuza böyük ehtiyacımız var. Çünki torpaqlarımız işğal altındadır. Azərbaycan Ordusu döyüş meydanında öz gücünü, məharətini göstərib. Bu gün Azadlıq meydanına döyüşlərdə olmuş Azərbaycan bayraqları gətiriləcək. O bayraqlar ki, 2016-cı ildə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında Azərbaycan əsgəri tərəfindən qaldırılmışdır. O bayraqlar ki, bu ilin may ayında Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində uğurlu əməliyyat nəticəsində işğaldan azad edilmiş torpaqlarda qaldırılmışdır. Gün gələcək Azərbaycanın dövlət bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır". 
 
 
Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paraddakı çıxışı zamanı bildirib.
 
 
 
Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu, əsrlərboyu xalqımızın bu torpaqlarda yaşayıb, yaratdığını qeyd edən dövlət başçısı mənfur qonşuların 1990-cı illərin əvvəllərində Azərbaycandakı qeyri-sabit vəziyyətdən istifadə edərək torpaqlarımızın bir hissəsini işğal etdiyini vurğulayıb: “İşğal edilmiş torpaqlarda bütün tarixi, dini abidələrimiz ermənilər tərəfindən vəhşicəsində məhv edilib. Xalqımıza qarşı soyqırımı törədilib və bu işğal bu gün də davam edir. Ona görə güclü ordu Azərbaycanın gələcəkdə müstəqil ölkə kimi yaşaması, ərazi bütövlüyünün bərpası üçün əsas şərtdir". 
 
Dövlət başçısı qeyd edib ki, bu ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. İlk dəfə olaraq, müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz fəxr edirik ki, bu respublikanı yaradan Azərbaycan xalqı olmuşdur. Ancaq gənc müstəqil Azərbaycan böyük çətinliklərlə üzləşmişdi. Azərbaycan hökuməti öz ərazisinə tam nəzarət edə bilmirdi. Bakı şəhəri və bir neçə başqa şəhər işğal altında idi. Azərbaycan hökuməti Gəncə şəhərində yerləşmiş və orada fəaliyyət göstərmişdi. Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi və Nuru paşanın rəhbərliyi altında Gəncədən Bakıya gəlməsi, bir neçə şəhərin azad edilməsi və sentyabrın 15-də şiddətli döyüşlər nəticəsində Bakının azad edilməsi tarixi hadisə idi. Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq, şəhidlərin əziz xatirəsini daim öz qəlbində yaşadacaqdır”


 
Siyasət
İqtisadiyyat
Mədəniyyət
Dünya xəbərləri
Gündəm
İdman
Ümumi xəbərlər
29.10.2018  00:53

Prezident və xanımı Şəkidə açılışlar etdilər

22.10.2018  00:48

İnam Kərimov Parisdə sərgidə iştirak edib

12.10.2018  10:28

Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ-ı yeni dövlət yaratmaqda günahlandırdı

12.10.2018  10:24

İlham Əliyev 3 sərəncam imzaladı

12.10.2018  10:17

Azay Quliyev Berlində  Almanya-Azərbaycan münasibətlərindən danışacaq 

11.10.2018  09:09

Qənirə Paşayeva AŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışdı

11.10.2018  09:00

Fransa Prezidenti Emmanuel Makron həyat yoldaşı Bridcit Makronla birgə İrəvana gəlib

11.10.2018  08:33

Dünyanın yaşamaq və işləmək üçün ən yaxşı ölkəsi bəlli oldu

11.10.2018  08:29
Qubada “ABAD Factory” İstehsalat Kompleksinin açılışı olub.
 
11.10.2018  08:21

Prezident İlham Əliyev “Qubaekoaqrar” MMC-nin kənd təsərrüfatı mallarının istehsalı zavodunun açılışında iştirak edib 

11.10.2018  08:11

Dövlət Agentliyinə 3 milyon manat ayrılıb

11.10.2018  08:02

Prezident İlham Əliyev Quba Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib 

11.10.2018  07:57

Rəsmi Bakıdan Fransaya XƏBƏRDARLIQ

11.10.2018  07:51
Qadın voleybolçuların baş məşqçisi Faiq Qarayev postundan istefa verib.
 
11.10.2018  07:25

Vüqar Səfərli jurnalistlərə tikilən binadan DANIŞDI

04.10.2018  05:14

Sabah Milli Məclisdə hansı məsələlər müzakirə olunacaq?

04.10.2018  05:05

“Mərkəzi Bank manatın möhkəmlənməsində maraqlı deyil”

04.10.2018  04:56
 
Azay Quliyevdən Bişkekdə Mərkəzi Asiya ölkələrinə önəmli təklif – “Parlament Assambleyası yaradılsın”
04.10.2018  03:06
 
Qadın voleybolçularımız Tailand millisinə uduzdu
04.10.2018  03:03

Tahir Mirişlı ATƏT PA-da Ermənistanın işğalçılıq siyasətindən danışdı

03.10.2018  07:41

Paşinyan Azərbaycan prezidenti ilə görüşündən danışdı

03.10.2018  07:28
Rəsmi Moskva ABŞ-ın 2 yoldan birini seçməli olduğunu deyib
03.10.2018  07:24

Prezident “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə bağlı sərəncam imzaladı

03.10.2018  07:20

Putin keçmiş naziri vətən xaini adlandırdı

03.10.2018  07:07

Azərbaycanda ən yüksək maaşı onlar alır - SİYAHI

03.10.2018  07:03

AFFA rəhbərliyi FIFA prezidenti ilə görüşüb

03.10.2018  07:01

Gəncənin icra başçısı Elmar Vəliyevin 8 kadrını işdən ÇIXARDI - SİYAHI

24.09.2018  06:21

“ARB 24”də nə baş verir?

24.09.2018  06:14

Moskvadan İsrailə “zərbə” - Suriyanın müdafiəsi gücləndirilir

24.09.2018  06:10

Gələn ilin büdcə layihəsi prezidentə təqdim olunacaq

24.09.2018  06:07

İtaliya miqrasiya siyasətini sərtləşdirib.

24.09.2018  06:01

“Prezidentin yürütdüyü siyasət torpaqlarımızın işğaldan azad olunması üçün yeni imkanlar yaradır” - MÜSAHİBƏ

19.09.2018  06:08

Merkel baş kəşfiyyatçını işdən qovdu - Qalmaqal

19.09.2018  05:54

Nikol Paşinyan Qarabağda nə axtarır? - Eks-nazir erməni hiyləsindən DANIŞDI

19.09.2018  05:49

Zakir Həsənov hərbi texnikanın döyüş qabiliyyətini yoxladı